ATİAHİ Binəqədi rayon komitəsi ittifaq üzvlərinin, o cümlədən müəllimlərin əmək hüquqlarının qorunması, onlar üçün layiqli iş şəraitinin yaradılması, sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində səmərəli fəaliyyətini davam etdirir.
Komitə 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə rayonun uşaq bağçası və məktəblərində çalışan 315 müəllimi təltif edib, onlara qiymətli hədiyyələr verib, təbriklər çatdırıb.
Təşkil olunan görüşlər zamanı müəllimlərin peşə fəaliyyətini yüksək keyfiyyətlə və səmərəli şəkildə yerinə yetirməsindən, hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalarından danışılıb. Bildirilib ki, gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyə almasında, müasir elmi biliklərə yiyələnməsində, onların cəmiyyətimiz və dövlətimiz üçün faydalı, sağlam əhval-ruhiyyədə yetişməsində müəllimlərin fədakar əməyi danılmazdır.
Təltif olunan müəllimlər onların fəaliyyətinə verilən qiymətə görə, təşkilatçılara təşəkkür edib və həmkarlar ittifaqlarının fəaliyyətini yüksək dəyərləndiriblər.