8 mart Beynəlxalq Qadınlar Günü ilə bağlı tədbirlər keçirilib
Binəqədi rayonunun təhsil müəssisələrində 8 mart Beynəlxaql Qadınlar Günü ilə bağlı silsilə tədbirlər keçirilib. Rayonun təhsil müəssisələrini əhatə edən tədbirlər ATİAHİ Binəqədi rayon komitəsi tərəfindən təşkil olunub. Tədbirlərdə çıxış edən rayon komitəsinin sədri Zahir Həsənov qadınların Azərbaycan cəmiyyətinin inkişafındakı rolundan danışıb.  Qeyd edib ki, tarixən cəmiyyətimizdə qadına dərin hörmətlə yanaşılıb, adı uca tutulub və müqəddəs hesab olunub. Azərbaycanda dövlət qadın siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğu diqqətə çatdırılan tədbirlərdə vurğulanıb ki, bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bu gün Azərbaycanda birinci vitse-prezident Mehriban xanım Əliyeva öz zəngin fəaliyyəti ilə Azərbaycan qadınının müsbət imicini formalaşdırıb. O, nəcib və humanist əməllərlə Azərbaycanı bütün dünyada ləyaqətlə təmsil edir. Xeyirxah işləri ilə Azərbaycan qadını adını ucalara qaldırır. 
Z.Həsənov qeyd edib ki, Azərbaycan həmkarlar ittifaqı təşkilatları da Azərbaycanda qadın siyasətinin həyata keçirilməsində fəal iştirak edir. Həmkarlar ittifaqları qadın üzvlərini daim diqqətdə saxlayır, onları narahat edən problemlərin həllinə dəstəkçi olmağa çalışır. 
 
 
Tədbirlərdə çıxış edənlər, Binəqədi rayon 102 saylı məktəbin HİK sədri Dönməz Mirzəyev, 126 saylı tam orta məktəbin HİK sədri Güləbətin Əhmədova, 100 saylı tam orta məktəbin HİK sədri Təranə Vəliyeva, 99 nömrəli məktəbin HİK sədri Mətanət Dunyamalıyeva, 115 saylı məktəbin HİK sədri Nigar Abasova, 144 saylı məktəbin HİK sədri Vəsmiyyə Aslanova, 300 saylı məktəbin HİK sədri Zəminə Hüseynova, 284 saylı məktəbin HİK sədri Əminə Bayraməliyeva, 299 saylı məktəb-liseyin HİK sədri Əli Musayev və başqaları göstərilən diqqət və qayğıya görə ATİAHİ Binəqədi rayon komitəsinin sədri Z.Həsənova, rayon komitəsinin əməkdaşlarına öz təşəkkürlərini bildiriblər. Qeyd ediblər ki, ATİAHİ Binəqədi rayon komitəsi və onun timsalında Azərbaycan həmkarlar ittifaqları ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təşkil edən etibarlı təsisatdır. 
Qeyd edək ki, tədbirlərdə ATİAHİ Binəqədi Rayon  Komitəsi tərəfindən həmkarlar ittifaqı fəali olan qadınlara Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo