ATİAHİ Binəqədi rayon komitəsinin təşkilatçılığı ilə rayonun 103, 313, 284 və 314 №-li tam orta məktəblərinin müəllim heyətlərinin istirahətlərinin mənalı keçirilməsi üçün turizm potensialı böyük olan rayonlara turlar təşkil olunub. Müvafiq olaraq Lerik, Oğuz və Qusar rayonlarına səfərlər zamanı həmin ərazilərdə yerləşən tarixi-mədəni abidələr ziyarət olunub, mənzərəli yerlər seyr edilib, yerli mətbəxin təamlarından dadılıb, fotolar çəkdirilib.
Müəllimlər onların istirahəti üçün yaradılmış şəraitdən razı qaldıqlarını bildirib və bunun üçün təşkilatçılara təşəkkür ediblər.