ATİAHİ Binəqədi rayon komitəsi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib.
Belə ki, rayon komitəsi həmkarlar ittifaqlarının qadın üzvləri ilə görüşlər keçirib, bayram münasibətilə onları təbrik edib. Bildirilib ki, Azərbaycan cəmiyyətində qadınlara daim ali münasibət olub, onlar ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak ediblər. Vurğulanıb ki, ölkəmizin təhsil siyasətinin uğurla reallaşmasında, inkişafında, müasir gəncliyin yetişməsində, vətənpərvər ruhda tərbiyə olunmasında qadın müəllimlərimizin fədakar əməyi danılmazdır. Keçirilən görüşlərdə rayonun 300 qadın təhsil işçisinə diplom və mükafatlar verilib. Müəllimlər göstərilən diqqətə və onların əməyinə verilən yüksək qiymətə görə rayon komitəsinin əməkdaşlarına təşəkkür ediblər.