Binəqədi rayon komitəsi yubiley yaşı tamam olan müəllimləri təbrik edib

 
ATİAHİ Binəqədi rayon komitəsi yubiley yaşı tamam olan təhsil işçiləri ilə görüş keçirib.
Görüşdə ad günü münasibətilə müəllimlərə təbriklər deyilib, fəaliyyətlərindən söz açılıb.
Bildirilib ki, Siz mənalı ömrünüzü xalqımızın parlaq gələcəyinə həsr etmisiniz. Hər zaman cəmiyyətimizin və dövlətimizin maraqlarından çıxış edərək öz peşə fəaliyyətinizi yüksək keyfiyyətlə və səmərəli şəkildə yerinə yetirib bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmusunuz. Müəllim adını, şərəf və ləyaqətini daim uca tutursunuz. Gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyə almasında, müasir elmi biliklərə yiyələnməsində, onların cəmiyyətimiz və dövlətimiz üçün faydalı, sağlam əhval-ruhiyyədə yetişməsində Sizin əməyiniz danılmazdır. Bu səbəbdəndir ki, ölkəmizin uğurları bir-birini əvəzləyir.
Göstərilən diqqət və qayğıya görə, təşkilatçılara təşəkkür edən müəllimlər bundan sonra da ölkə təhsilinin inkişafı naminə səylə çalışacaqlarını buildiriblər.
Sonda ad günləri münasibətilə müəllimlərə hədiyyələr verilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo