Binəqədi rayonunda ATİAHİ Binəqədi rayon komitəsi tərəfindən 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Tədbirlərdə təhsil müəssisələrinin kollektivi və ATİAHİ Binəqədi rayon komitəsinin nümayəndələri iştirak edib. Görüşlər zamanı əlamətdar gün münasibəti ilə təhsil işçilərinə təbriklər, xoş arzularını çatdırıb, onlara çətin və eyni zamanda şərəfli işlərində uğurlar arzulanıb.
Vurğulanıb ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi yüksək diqqət və qayğı bu gün uğurla davam etdirilir. Son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilir, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır.
Qeyd olunub ki, təhsil sahəsində əldə olunmuş uğurlar Prezident İlham Əliyevin, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsil sahəsinə hərtərəfli qayğısının nəticəsidir.
Tədbirdə xalqımızın milli təfəkküründə müəllim adının hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunduğu, böyük hörmətlə, yüksək ehtiramla çəkildiyi qeyd edilib.
Çıxış edən təhsil işçiləri rayon təhsil işçilər adından göstərilən diqqət və qayğıya görə ATİAHİ Binəqədi rayon komitəsinə öz təşəkkürlərini bildiriblər.
Tədbirlərdə təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup müəllimə fəxri fərman və hədiyyələr təqdim olunub.