Binəqədi rayonunun təhsil müəssisələrində Novruz bayramı qeyd olunub
Binəqədi rayonunun təhsil müəssisələrində Novruz bayramı qeyd olunub. ATİAHİ Binəqədi rayon komitəsinin təşkil etdiyi tədbirlərdə rayon komitəsinin sədri Zahir Həsənov çıxış edərək bildirib ki, yazın gəlişi anlamına gələn Novruz bayramı Azərbaycanın ən sevimli bayramlarından biridir. Bu bayram bəşəriyyətin mənəvi dəyəri hesab edilir. Kökləri İslamdan əvvəlki tarixi dövrə gedib çıxan Novruz bayramı Azərbaycanla yanaşı, bütün Şərqdə qeyd olunur. Z.Həsənov qeyd edib ki, artıq ikinci ildir ki, xalqımız bu bayramı daha böyük həvəs və qürur hissi ilə qeyd edir: “Qələbəmizə qədər keçirdiyimiz bayramlarda hər birimizin qəlbindən işğal altında olan torpaqlarımızın tezliklə azad edilməsi ilə bağlı bir arzu keçirdi. Artiq iki ildir ki, bu arzumuz reallığa çevrilib. Tarixi torpaqlarımız əbədi azadlığına qovuşub. Bizə bu sevinc və qürur hissini yaşatdığına görə Müzəffər Ali Baş Komandanımız, Respublikamızın Prezidenti cənab İlham Əliyevə və yenilməz Azərbaycan Ordusuna öz təşəkkür və minnətdarlığımızı bildiririk”.  

Sonra rayonun təhsil işçilərinə Novruz bayramı ilə əlaqədar bayram sovqatı təqdim edilib. 

Qeyd edək ki, ATİAHİ Binəqədi rayon komitəsi tərəfindən bayram münasibətilə 228 nəfər ehtiyacı olan həmkarlar ittifaqı üzvlərinə və II Qarabağ savaşında iştirak etmiş təhsil işçilərinə maddi yardımlar, həmkarlar ittifaqı işində fəallıq göstərən 230 nəfər həmkarlar ittifaqı üzvlərinə Fəxri Diplom və qiymətli hədiyyələr təqdim edilib. 

Tədbirlərdə iştirak edənlər göstərilən diqqət və qayğıya görə ATİAHİ Binəqədi rayon komitəsinə öz təşəkkürlərini bildiriblər. Rayon komitəsinin xidmətinə daxil olan təhsil müəssisələrinin kollektivlərinin fikirlərini təqdim edirik:

 
297..jpeg 142.89 KB


297 saylı tam orta məktəbinin kollektivi:

-          Basda Zahir muellim olmaqla ATİAHİ Binəqədi rayon komitəsinə 297 saylı məktəbin rəhbərliyi və kollektivi adından minnətdarliğımızı bildirir və bayramınızı təbrik edirik!

 
102 (1).jpeg 199.29 KB


 102 saylı tam orta məktəbinin kollektivi: 

-         “102 saylı məktəbin kollektivi adından başda Zahir müəllim olmaqla həmkarlar ittifaqı təşkilatına təşəkkürümüzü bildiririk!

 
300 (1).jpeg 148.83 KB


300 saylı tam orta məktəbinin kollektivi: 

-         Bizə göstərilən diqqət və qayğıya görə təşəkkür edir və bayramınız mübarək deyirik!

 
3 (1).jpeg 135.44 KB


3 saylı tam orta məktəbinin kollektivi: 

-         Başda Zahir Həsənov olmaqla ATİAHİ Binəqədi rayon komitəsinə öz təşəkkürümüzü bildiririk!

 
103 (1).jpeg 128.98 KB


103 saylı tam orta məktəbinin kollektivi: 

-         103 saylı məktəbin rəhbərliyi və kollektivi adından ATİAHİ Binəqədi rayon komitəsinə öz təşəkkürümüzü bildirirk!

 
283 (1).jpg 91.85 KB


283 saylı tam orta məktəbinin kollektivi:

-         - Bizə göstərilən diqqət və qayğıya görə təşəkkür edir və bayramınız mübarək deyirik!

 
248 (1).jpg 101.41 KB


248 saylı tam orta məktəbin kollektivi: 

-         Başda Zahir Həsənov olmaqla ATİAHİ Binəqədi rayon komitəsinə öz təşəkkürümüzü bildiririk!

 
115 (2).jpg 130.46 KB
115 saylı tam orta məktəbin kollektivi:

-         Kollektivimiz adından göstərilən diqqət və qayğıya görə təşəkkür edirik!

 
83 (1).jpeg 223.71 KB
83 saylı məktəb-liseyin kollektivi: 

-         Başda Zahir Həsənov olmaqla ATİAHİ Binəqədi rayon komitəsinə öz təşəkkürümüzü bildiririk!

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo