Binəqədi rayonunun təhsil müəssisələrində Ramazan bayramı qeyd olunub
Binəqədi rayonunun təhsil müəssisələrində Ramazan bayramı münasibətilə silsilə tədbirlər təşkil edilib. ATİAHİ Binəqədi rayon komitəsi tərəfindən təşkil edilən tədbirlərdə rayon komitəsinin sədri Zahir Həsənov çıxış edərək bildirib ki, on bir ayın sultanı olan Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağıran, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət edən müqəddəs bir aydır. Ramazan bayramı ölkəmizdə milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxah duyğuların təntənəsinə çevrilib, cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirir. Bu bayram dövlət səviyyəsində qeyd olunmaqla xalqla dövlətin birliyini, Azərbaycan xalqının öz milli və dini ənənələrinə sadiq olduğunu dünyaya nümayiş etdirir.  

Z.Həsənov müqəddəs bayram münasibətilə rayonun təhsil işçilərini təbrik edib, onlara xoşbəxtlik, bol ruzi və xeyir-bərəkət, pedaqoji fəaliyyətlərində uğurlar  arzulayıb. 

Tədbirlərdə 150 nəfər həmkarlar ittifaqı üzvlərinə qiymətli hədiyyələr və ATİAHİ Binəqədi rayon komitəsinin fəxri fərmanları təqdim olunub. Həmçinin rayon komitəsi tərəfindən 127 nəfər həmkarlar ittifaqı fəalına maddi yardım verilib. 

314 saylı tam orta məktəbin HİK sədri İradə Alxanova:
-  314 saylı tam orta məktəbin rəhbərliyi və kollektivi adından bizə göstərilən diqqət və qayğıya görə ATİAHİ Binəqədi rayon komitəsinin sədri Zahir müəllimə və onun kollektivinə öz təşəkkürümüzü bildiririk
314.JPG 272.56 KB
297 saylı tam orta məktəbin rəhbərliyi və kollektivi:
- Müqəddəs Ramazan bayramında məktəbin kollektivinə göstərilən bu diqqət və qayğıya görə ATİAHİ Binəqədi rayon komitəsinin sədri Zahir müəllimə, rayon komitəsinə öz təşəkkürümüzü bildiririk. 
 

284 saylı tam orta məktəbin kollektivi:
- 284 saylı tam orta məktəbin rəhbərliyi və kollektivi, rayon komitəsi tərəfindən təltif olunan həmkarlar ittifaqı üzvləri ATİAHİ Binəqədi rayon komitəsinin sədrinə və rəhbərlik etdiyi kollektivə oz təşəkkürünü bildirir və Ramazan bayramı münasibətilə təbrik edir.
246 saylı liseyin kollektivi:
- 246 saylı liseyin kollektivi ATİAHİ Binəqədi rayon komitəsinin sədri Zahir Həsənova bizlərə hər zamanki kimi göstərdiyi diqqətə görə öz təsəkkürümüzü bildiririk.
246.JPG 145.47 KB
157 saylı tam orta  məktəbin kollektivi:
- Məktəbimiz adından Zahir müəllimə öz dərin minnətdarlığımızı çatdırırıq.
157..JPG 147.53 KB
99 saylı  tam orta məktəbin kollektivi:
- 99 saylı tam orta məktəb başda Zahir müəllim olmaqla  ATİAHİ Binəqədi rayon komitəsinin kollektivinə biz müəllimlərə göstərilən diqqətə görə cox sağ olun deyirik.
99.JPG 65.04 KB
18 saylı Bakı Peşə Liseyinin kollektivi:
- 18 Saylı Bakı Peşə Liseyinin adından Binəqədi rayon komitəsinin sədri Zahir Həsənova və onun rəhbərlik etdiyi kollektivi Ramazan bayramı münasibətilə təbrik edirik və bizlərə gostərdiyi diqqət və qayğıya gorə öz təşəkkürümüzü bildiririk.
18pese.JPG 106.13 KB
3 saylı tam orta məktəbin kollektivi:
- 3 saylı tam orta məktəbin kollektivi sizi Ramazan bayramı münasibətilə təbrik edir və öz dərin təşəkkürünü bildirir.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo