Binəqədidə 26 İyun – Silahlı Qüvvələr Günü  münasibətilə tədbir keçirilib

ATİAHİ Binəqədi rayon komitəsi tərəfindən rayonun 157 №-li məktəbin hərbi müəllimi, Vətən müharibəsi qazisi Muraz Sadıqov 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə təltif edilib.
O, komitənin adından Fəxri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Tədbirdə çıxış edən ATİAHİ Binəqədi rayon komitəsinin sədri Zahir Həsənov Azərbaycan Ordusunun gücündən və tarixi missiyasından söz açıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində Müdafiə Sənayesi Nazirliyində 400-dən çox müdafiə təyinatlı məmulatın istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının mühüm göstəricilərindən biridir. Bu, Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir.
Sonda M.Sadıqov ona göstərilən diqqət və qayğıya görə, təşkilatçılara təşəkkür edib. 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo