ATİAHİ Binəqədi rayon komitəsi 28 May - Müstəqillik Günü münasibətilə ittifaq üzvlərini təltif edib.
Belə ki, rayon təhsilinin inkişafına töhfələr verən və fəaliyyətində fərqlənən, həmçinin həmkarlar ittifaqlarının işində aktiv iştirak edən 207 təhsil işçisinə fəxri fərman və hədiyyələr verilib.
Müəllimlər onların fəaliyyətinə verilən yüksək qiymətə görə, rayon komitəsinə təşəkkür edib, bundan sonra da işlərinə daha məsuliyyətlə yanaşacaqlarını, rayon təhsilinin inkişafı naminə səylə çalışacaqlarını bildiriblər.