ATİAHİ Binəqədi rayon komitəsi 8 Noyabr – Zəfər Günü münasibətilə bir sıra tədbirlər həyata keçirib.
Belə ki, komitə məktəb və uşaq bağçalarında çalışan 240 ittifaq üzvünə bayram hədiyyələri verib və onları səmərəli fəaliyyətlərinə görə, fəxri fərmanla təltif edib.
Həmçinin Binəqədi rayon komitəsi ənənənin davamı olaraq, bayram ərəfəsində 154 ailəyə maddi-mənəvi dəstək göstərib. Qeyd edək ki, onlardan 11 nəfəri müharibə iştirakçısıdır.
Komitə humanist və nəcib missiyasını bundan sonra da davam etdirəcək.