Binəqədidə müəllimlər üçün tur təşkil olunub

ATİAHİ Binəqədi rayon komitəsinin təşkilatçılığı ilə rayonun orta ümumtəhsil müəssisələrinin müəllim və texniki işçi heyətinin istirahətlərinin mənalı və səmərəli keçirilməsi üçün ölkəmizin səfalı guşələrinə bir günlük turlar təşkil olunub. Turların iştirakçıları 102 (Qubaya), 306 (İsmayıllıya), 100 (Lerikə), 144 (İsmayıllıya), 157 (Qubaya) və 267 (Lənkərana və Lerikə) №-li tam orta məktəblərin müəllimləri olublar. Səfərlər zamanı rayonların tarixi-mədəni abidələri ziyarət olunub, mənzərəli yerləri seyr edilib, süfrə açılıb, yerli mətbəxin təamlarından dadılıb, fotolar çəkdirilib. İştirakçılar yaradılmış şəraitdən razı qaldıqlarını bildirib və ATİAHİ Binəqədi rayon komitəsinin sədri Zahir Həsənova təşəkkür ediblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo