Binəqədidə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlar mükafatlandırılıb

ATİAHİ Binəqədi rayon komitəsinin təşkilatçılığı ilə ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən rayon məktəblərinin məzunları mükafatlandırılıb. 
Mükafatlandırma mərasimlərində  çıxış edənlər ölkəmizdə təhsilin səviyyəsindən, bu sahəyə dövlətin xüsusi diqqətindən, keçirilən islahatlardan və effektli nəticələrdən danışıblar. Qeyd ediblər ki, rayon gənclərinin təhsil göstəriciləri, elmə, təhsilə marağı hər il əhəmiyyətli dərəcədə artır.  
Qeyd edək ki, ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən rayon məktəblərinin məzunlarına ATİAHİ Binəqədi rayon komitəsi tərəfindən qiymətli hədiyyələr və Fəxri fərmanlar təqdim edilib.
Göstərilən diqqət və qayğıya görə məzunlar və onların müəllimləri ATİAHİ Binəqədi rayon komitəsinin sədri Zahir Həsənova və rayon komitəsinin əməkdaşlarına təşəkkürlərini bildiriblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo