Azərbaycan həmkarlar ittifaqları bütün bayramlarda və digər əlamətdar günlərdə ittifaq üzvlərinə, aztəminatlı və şəhid ailələrinə, həmçinin qazilərə, müharibə iştirakçılarına maddi-mənəvi dəstək göstərir.
Ənənənin davamı olaraq ATİAHİ Binəqədi rayon komitəsi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə 372 ittifaq üzvünü fəxri fərmanla təltif edib. Həmin şəxslərə həmçinin qiymətli hədiyyələr də təqdim olunub.
Bundan başqa, rayon komitəsi 178 nəfərə bayramlə əlaqədar maddi yardım edib. Komitənin sədri Zahir Həsənov ittifaq üzvlərini təbrik edib, növbəti ildə onlara təhsil sahəsində uğurlar arzulayıb.
İttifaq üzvləri göstərilən diqqət və qayğıya görə, rayon komitəsinə minnətdarlıqlarını bildiriblər.