ATİAHİ Binəqədi rayon komitəsi tərəfindən 8 Noyabr – Zəfər Günü münasibətilə şəhid ailəsi, qazi və müharibə iştirakçısı olan təhsil işçilərinə, həmçinin fəal ittifaq üzvlərinə fəxri fərman və hədiyyələr təqdim olunub. Təşkil olunan görüşlər zamanı şanlı Zəfərimizin tarixdə yeri və rolundan, 44 günlük Vətən müharibəsindən, əsgər və zabitlərimizin rəşadətindən, yüksək döyüş ruhundan, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətindən, böyük sərkərdəlik məharətindən, diplomatik bacarığından danışılıb.
Bildirilib ki, yenilməz Azərbaycan Ordusu 30 illik işğala cəmi 44 günə son qoydu, düşmən ordusunu döyüş meydanında rəzil vəziyyətə saldı, uzun illər uydurulmuş “məğlubedilməz Erməni ordusu” mifini alt-üst etdi, erməni faşizminin belini qırdı. Aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, Ordumuzun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə, onun da heç bir şansı olmayacaqdı. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. İşğal edilmiş ərazilərin xeyli hissəsi bir ay ərzində azad olundu. Azərbaycan Ordusunun dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilir. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır.
Tədbir zamanı həmçinin 50, 60 və 65 yaşı tamam olan ittifaq üzvlərini təltif edib, onlara müxtəlif hədiyyələr təqdim olunub. Mərasimdə müəllimlərin cəmiyyətin inkişafında rolundan, ölkə təhsilinin inkişafında xidmətlərindən, gənc nəslin yetişməsində, vətənpərvərlik ruhunda böyüməsində xidmətlərindən, onların şərəfli missiyasından, fədakar əməyindən danışılıb. Həmçinin təhsil sahəsinə dövlətimizin diqqət və qayğısından, yeni məktəblərin tikilməsindən, lazımi invertarlarla təchiz edilməsindən, müəllimlərin sosial müdafiəsinin gücləndilirilməsi istiqamətində dövlətimiz tərəfindən görülən tədbirlərdən bəhs olunub. Bildirilib ki, Prezident İlham Əliyev təhsil işçilərini hər zaman diqqətdə saxlayır, onları təltif edir, təbriklər ünvanlayır. Görüş zamanı yubiliyarlar təşkilatçılara təşəkkür edib, cəmiyyətimizdə onlara olan ali münasibətdən, dövlətimiz tərəfindən göstərilən dəstəkdən razılıqlarını ifadə ediblər.