Binəqədidə təhsil işçilərinə maddi-mənəvi dəstək göstərilib

Binəqədidə təhsil işçilərinə maddi-mənəvi dəstək göstərilib

Azərbaycan həmkarlar ittifaqları bütün bayramlarda və digər əlamətdar günlərdə ittifaq üzvlərinə, aztəminatlı və şəhid ailələrinə, həmçinin qazilərə, müharibə iştirakçılarına maddi-mənəvi dəstək göstərir.Ənənənin davamı olaraq ATİAHİ Binəqədi rayon komitəsi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə 372 ittifaq üzvünü fəxri fərmanla təltif edib. Həmin şəxslərə həmçinin qiymətli hədiyyələr də təqdim olunub.Bundan başqa, rayon komitəsi 178 nəfərə bayramlə əlaqədar maddi yardım edib. Komitənin sədri Zahir Həsənov ittifaq üzvlərini təbrik edib, növbəti ildə onlara təhsil sahəsində uğurlar arzulayıb.  İttifaq üzvləri göstərilən diqqət və qayğıya görə, rayon komitəsinə minnətdarlıqlarını bildiriblər.157 mekteb.jpg 1.12 MB99 mekteb.jpg 41.17 KB135.jpg 160.35 KBveten idman liseyi.jpg 51.14 KB100.jpg 136.18 KB314 (2).jpg 1.11 MB179.jpg 60.76 KB

30.12.2022

ATİAHİ-nin nümayəndə heyəti qadınların beynəlxalq konfransında iştirak edib

ATİAHİ-nin nümayəndə heyəti qadınların beynəlxalq konfransında iştirak edib

Türkiyə Cümhuriyyətinin Antalya şəhərində “Türk dünyasında sosial həyat və iş həyatında qadının rolu” mövzusunda konfrans keçirilib.Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqı Birliyinin və Türk Egitim-Senin təşkilatçılığı ilə keçirilən bu konfransda təşkilatımızı ATİAHİ-nin Gender məsələləri üzrə ictimai komissiyasının və Qaradağ rayon komitəsinin sədri Zümrüd Rzayeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsinin sədri İlahə Talıbova, Pirallah rayon komitəsinin sədri Arzu Cahangirova, Gəncə Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, Bakı Mühəndislik Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Ləman Şərifova və Azərbaycan Dillər Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zəhra Hüseynova təmsil edib. Konfransda giriş sözü ilə çıxış edən Türk Eğitim-Sen və Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birilliyinin sədri Talip Geylan türkdilli təşkilatların qadın nümayəndələrini salamlayıb və belə bir möhtəşəm tədbirə ev sahibliyi etdiyi üçün qürur hissi duyduğunu bildirib. O öz çıxışında iş həyatında qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi, qadın hüquqları, iş həyatında qadınlara qarşı məhdudiyyətlər, qadınlara göstərilən şiddət və gender  bərabərliyi ilə bağlı çıxış edib, qadınların iş həyatında daha fəal olması üçün mübarizə aparmağın vacib odluğunu söyləyib. Konfrans öz işinə qadın  hüquqları ilə bağlı 10 mövzu üzrə müzakirələrlə davam etdirib. Bu müzakirələrdə ATİAHİ-nin nümayəndə heyəti fəal iştirak edib və mövzular üzrə çıxışlar ediblər. Konfransın sonunda direktivlər yaratmaq məqsədi ilə qadın hüquqları və gender bərabərliyi ilə bağlı 37 maddədən ibarət qətnamə qəbul edilib. Sonda xatirə şəkili çəkilib və nümayəndə heyətlərinin rəhbərlərinə hədiyyələr təqdim olunub. Qeyd edək ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının da üzv olduğu Avrasiya Təhsil Işçiləri Beynəlxalq Həmkarlar İttifaqı Birliyi 2006-cı ildə yaradılıb və 10 türkdilli təşkilatı özündə birləşdirir.MEB_1540.JPG 9.52 MBMEB_1561.JPG 9.86 MBMEB_1571.JPG 9.36 MBMEB_1594.JPG 9.48 MBMEB_1636.JPG 10.13 MBMEB_1698.JPG 9.72 MBMEB_1821.JPG 9.99 MBMEB_2016.JPG 10.21 MBMEB_2274.JPG 10.06 MBMEB_2295.JPG 9.47 MBMEB_2344.JPG 9.76 MBMEB_2356.JPG 11.36 MBMEB_2364.JPG 9.93 MBMEB_2590.JPG 9.65 MBMEB_2775.JPG 9.98 MBMEB_2782.JPG 11.97 MBMEB_2788.JPG 10.04 MBMEB_2795.JPG 10.27 MB

20.12.2022

AHİK sədri Səttar Möhbalıyev Gürcüstanda səfərdədir

AHİK sədri Səttar Möhbalıyev Gürcüstanda səfərdədir

Gürcüstan Həmkarlar İttifaqları Konfederasiyasının XV Qurultayı keçirilir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Tbilisi şəhərində Qurultayda iştirak edir.AHİK sədri həmçinin Qurultayın ilk günü xaricdən dəvət olunan qonaqların iştirakı ilə təşkil olunmuş “Demokratiya və layiqli əməyin inkişafı naminə sülh və dayanıqlı inkişafı təşviq edən həmkarlar ittifaqları” adlı konfransa qatılıb.Daha sonra S.Möhbalıyev Qurultayda çıxış edib. O, Azərbaycan və Gürcüstan həmkarlar ittifaqları arasında mövcud olan münasibətlərdən, təşkil olunan qarşılıqlı səfərlərin əhəmiyyətindən, aparılan təcrübə mübadilələrindən, onun effektli nəticələrindən, iki qurum arasında imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində görülən işlərdən danışıb.Konfransın mövzusunu aktual hesab edən AHİK sədri bildirib ki, bu bütün dünya üçün əhəmiyyətlidir: “Demokratiya daim inkişaf edən bir prosesdir və hər bir yeni nəsil öz dəyər və prinsiplərini, o cümlədən qanunun aliliyi və insan haqlarını daha da inkişaf etdirmək və zənginləşdirmək üçün səy göstərməlidir. Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) Təsis Bəyannaməsində elan edilmiş prinsiplər bizi demokratik hüquq və azadlıqları hər yerdə təşviq etməyi tövsiyə edir. Firavan həyat demokratiyadan, layiqli əməkdən və kütləvi qırğın silahlarından xilas olmaqdan asılıdır. Sülh və demokratik hüquqlar Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün son dərəcə vacib amildir. Əminliklə deyə bilərik ki, bütün dünyada həmkarlar ittifaqları sülh, demokratik hüquq və azadlıqlar uğrunda mübarizədə öndə gedən təşkilatlardandır”.“Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində əsas yük dövlətin üzərinə düşür. Həmkarlar ittifaqları ictimai təşkilat olaraq dövlətin qarşıya qoyduğu məqsədlərə çatmasına kömək etməlidir və təbii ki, bu prosesə fəal dəstək verirlər. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası üzv təşkilatlarla  məsləhətləşmələr aparır, DİM-in ölkənin inkişafındakı roluna dair regionlarda çoxsaylı seminarlar keçirir”, – S.Möhbalıyev deyib.AHİK sədri həmçinin dünyada yaşayış səviyyəsinə və əməkhaqqına təsir göstərən əməyin keyfiyyətinin və məhsuldarlığının yüksəldilməsini, iş şəraitinin yaxşılaşdırılmasını, əmək şəraitində qadın və kişilərə bərabər imkanların yaradılmasını vacib hesab edib. Vurğulayıb ki, bütün əmək qabiliyyətli insanları normal gəlirli,  iş yerində təhlükəsizliyi təmin edən, ailələrin sosial müdafiəsini gücləndirən, onların şəxsiyyət kimi formalaşmasına və cəmiyyətə inteqrasiyasına imkan verən layiqli işlə təmin etmək günümüzün ən aktual məsələlərindəndir”.0f8fe8d4-7c04-4f82-928e-6cfdc466578c.jpg 51.55 KB468d78a0-c68d-4d56-a249-ec5dc49d0604.jpg 136.46 KB3239ca90-ecb6-4323-944b-c436dc978c4a.jpg 109.46 KB

14.12.2022

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin VII Məclisi keçirilib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin VII Məclisi keçirilib

Dekabrın 7-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) VII Məclisi keçirilib.Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Sonra ATİAHİ RK-nın sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iclasın gündəliyi ilə Məclis üzvlərini tanış edib. Gündəlikdə “ATİAHİ RK-nın Məclis üzvləri arasında qismən dəyişiklik edilməsi barədə”, “2021-2023-cü illər üçün bağlanmış Kollektiv Saziş və kollektiv müqavilələrin əmək münasibətləri, əməkhaqqı və əmək normaları, iş və istirahət vaxtı bölməsindəki maddələrinin yerinə yetirilməsi ilə bağlı üzv təşkilatların gördükləri işlər barədə”, “Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin büdcə göstəricilərinin təsdiqi barədə”, “Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi aparatının və üzv təşkilatlarının  ştat cədvəlinin təsdiqi barədə”, “ATİAHİ-nin Nizamnaməsinə qismən dəyişiklik edilməsi barədə” məsələlər öz əksini tapıb.İclasda gündəlikdə duran hər bir məsələ ilə bağlı müvafiq qərarlar qəbul edilib.“2021-2023-cü illər üçün bağlanmış Kollektiv Saziş və Kollektiv Müqavilənin şərtlərinin  yerinə yetirilməsi ilə bağlı üzv təşkilatların fəaliyyəti barədə” məsələnin müzakirəsi zamanı qeyd edilib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında bağlanmış Baş Kollektiv Sazişə əsaslanaraq ATİAHİ RK və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi arasında 2021-2023-cü illər üçün Kollektiv Saziş bağlanıb. Həmin Kollektiv Sazişi eyni zamanda Azərbaycan Respublikasının Əmək Məcəlləsini, “Həmkarlar İttifaqları Haqqında” Azərbaycan Respublikasının Qanununu, təşkilatın Nizamnaməsini və Respublika Komitəsinin qərar və tövsiyələrini əldə rəhbər tutaraq şəhər və rayon həmkarlar ittifaqı komitələri müvafiq təhsil şöbələri ilə, ilk təşkilatlar isə müvafiq təhsil müəssisəsi rəhbərləri ilə kollektiv müqavilə bağlayıblar.Kollektiv Saziş və müqavilələrdə təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqları, o cümlədən əməyinin ödənilməsi qaydaları və miqdarı, müavinətlərin, əlavələrin və digər ödəmələrin müəyyən edilməsi, iş və istirahət vaxtı, məzuniyyətlərin müddətləri haqqında şərtlər, işçilərin əmək şəraitinin yaxşılaşdırılması üçün əlavə təminatların müəyyən edilməsi, işəgötürənin təşəbbüsü ilə işçinin əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqı təşkilatı ilə razılaşmaların aparılması və digər mühüm öhdəliklər öz əksini tapıb.Qeyd olunub ki, Respublika Komitəsi tərəfindən ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının pozulması ilə əlaqədar daxil olan müraciətlər, eyni zamanda şifahi daxil olan müraciətlər ciddi şəkildə araşdırılıb, müvafiq köməklik edilib. Eyni zamanda Kollektiv Sazişdə öz əksini tapan müvafiq öhdəliyin yerinə yetirilməsi nəticəsində 2022-ci ildə 6 437 nəfər əlil təhsil işçisinə əlavə əməkhaqqının verilməsinə nail olunub.Məsələyə münasibət bildirən S.Möhbalıyev qeyd edib ki, bunun təmin edilməsi müsbət nəticə kimi qeyd edilməlidir. O həmçinin bildirib ki, rayon, şəhər və rayon hüquqlu komitələr daim kollektiv müqavilənin şərtlərinin yerinə yetirilməsinə nəzarət etməlidir. Həmçinin kollektiv müqavilə hazırlanan zaman bu sənədin kollektiv arasında müzakirəsi təmin edilməli, ittifaq üzvlərini narahat edən problemlər nəzərə alınmalıdır. Eyni zamanda ittifaq üzvlərinin müraciətlərinə həssas yanaşılmalı, onları narahat edən problemlərin həllinə köməklik göstərmək lazımdır.Sonra “ATİAHİ-nin Nizamnaməsinə qismən dəyişiklik edilməsi barədə” məsələ müzakirə edilərək qərar qəbul edilib.Daha sonra iclasda 2023-cü təqvim ili üçün ATİAHİ RK-nın büdcə göstəriciləri və RK Aparatının ştat cədvəli təsdiq edilib.Tədbirin sonunda S.Möhbalıyev gələcək fəaliyyətlə bağlı rayon, şəhər və rayon hüquqlu həmkarlar ittifaqı komitələrinin sədrlərinə tövsiyələrini çatdırıb.1-2.jpg 103.91 KB2-2.jpg 204.65 KB3-1.jpg 111.73 KB4-1.jpg 161.39 KB5.jpg 66.86 KB

07.12.2022

AHİK sədri Səttar Möhbalıyev BHİK-nın vitse-prezidenti seçilib

AHİK sədri Səttar Möhbalıyev BHİK-nın vitse-prezidenti seçilib

17-22 noyabr 2022-ci il tarixində Avstraliya İttifaqının Melbrun şəhərində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) V Dünya Qurultayı keçirilib.Qeyd edək ki, BHİK 2006-cı ildə Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyası və Ümumdünya Əmək Konfederasiyasının birləşməsi nəticəsində yaranıb və həmkarlar ittifaqı hərəkatının inkişafına dəstək olan böyük təşkilatdır. Qurum 161 ölkədə 200 milyon işçinin hüquqlarını müdafiə edir və tərkibində 325 milli üzv təşkilatı yer alıb.BHİK-nın əsas missiyası həmkarlar ittifaqları arasında beynəlxalq əməkdaşlıq, qlobal kampaniyalar və dünyəvi institutlarda vəkillik vasitəsilə işçilərin hüquq və maraqlarını təşviq etmək və qorumaqdır.Təşkilatın əsas fəaliyyət istiqamətlərinə həmkarlar ittifaqları və insan hüquqları, iqtisadiyyat, cəmiyyət və layiqli iş yeri, bərabərlik və ayrı-seçkiliyin olmaması, beynəlxalq həmrəylik daxildir.BHİK həmkarlar ittifaqı demokratiyası və müstəqilliyi prinsiplərinə riayət etməklə Baş Şura və İcraiyyə Bürosu tərəfindən 4 ildən bir keçirilən Dünya Qurultayı tərəfindən idarə olunur.Onun regional təşkilatları Asiya və Sakit Okean üzrə Regional Təşkilatı, Afrika üzrə Regional Təşkilatı və Amerika üzrə Regional Təşkilatdır. Bununla yanaşı, BHİK Avropa Həmkarlar İttifaqları Konfederasiyası və Pan Avropa Regional Şurası ilə əməkdaşlıq edir.Təşkilat  Qlobal Birlik Federasiyaları və Həmkarlar İttifaqları Məsləhət Komitəsi (TUAC) ilə əlaqələr saxlayır, Beynəlxalq Əmək Təşkilatı və BMT-nin bir sıra digər ixtisaslaşmış qurumları ilə əməkdaşlıq edir.V Dünya Qurultayı çərçivəsində Avropa Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının Baş katibi Luka Visentini BHİK-in Baş katibi, xanım Akiko Gono (Yaponiya Həmkarlar İttifaqları Konfederasiyası) isə BHİK-in prezidenti seçilib.Dünyanın ən böyük beynəlxalq həmkarlar ittifaqları təşkilatı olan BHİK-nın Qurultayında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) geniş tərkibdə nümayəndə heyəti də iştirak edib. Nümayəndə heyətinin rəhbəri AHİK sədri, Azərbaycan Milli Məclisinin deputatı, Pan Avropa Regional Şurasının vitse-prezidenti Səttar Möhbalıyev yenidən BHİK-nın vitse-przidenti vəzifəsinə seçilib. 161 dünya ölkələrinin daxil olduğu və 3 regional təşkilatı olan  BHİK-nın Ümumi Şurasında və İcraiyyə Komitəsində Avropa ölkələrinin həmkarlar ittifaqları təşkilatlarının təmsilçisi kimi məhz AHİK sədrinin vitse-prezident seçilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artırmaqla  yanaşı, AHİK-ə üzv təşkilatlar və əməkçilər üçün də qürurvericidir.Yeni seçilən Baş katiblə görüşən S.Möhbalıyev onu təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, Azərbaycan həmkarlar ittifaqları BHİK ilə hərtərəfli münasibətə böyük əhəmiyyət verir, təşkilatın üzvləri ilə səmərəli əməkdaşlıq edir.  L.Visentini ilə əvvəlki görüşləri və aparılan fikir mübadilələrini xatırladan S.Möhbalıyev ümidvar olduğunu bildirib ki, BHİK bundan sonra da qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcək, milli həmkarlar ittifaqları arasında əlaqələr daha da genişlənəcəkdir. L.Visentini təbrikə görə, S.Möhbalıyevə təşəkkür edib və AHİK-in fəaliyyətini yüksək dəyərləndirib.AHİK sədri Səttar Möhbalıyev həmçinin Yaponiya Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti xanım Tomoko Yoşino ilə də görüşüb. Görüşdə Yaponiya və Azərbaycanın həmkarlar ittifaqları arasında olan münasibətlərdən, təşkil olunan qarşılıqlı səfərlərdən, aparılan fikir mübadilələrinin səmərəli nəticələrindən danışılıb. Azərbaycanın bir qrup həmkarlar ittifaqı fəalının Yaponiyaya səfərini xatırladan S.Möhbalıyev bunun əlaqələrin inkişafında əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb. Qeyd olunub ki, hər iki tərəf bundan sonra da münasibətlərin dərinləşdirilməsi istiqamətində səylə çalışacaqlar.Avstraliyanın Baş naziri Entoni Albaneze də qurultayda iştirak edərək milli həmkarlar ittifaqlarına qarşıya qoyulan ağır və məsuliyyətli işdə öz məqsədlərinə çatmaları üçün uğurlar arzulayıb. Həmçinin Yeni Zelandiya hökumətinin başçısı Casinda Ardern qurultayda video müraciətlə cıxış edib.0d21e020-13ad-4da9-9c2b-01b6db7bb7e3.jpg 142.67 KB1234.jpg 519.45 KB

23.11.2022

Binəqədidə Zəfər Günü münasibətilə şəhid ailələrinə və müharibə iştirakçılarına sovqatlar verilib

Binəqədidə Zəfər Günü münasibətilə şəhid ailələrinə və müharibə iştirakçılarına sovqatlar verilib

ATİAHİ Binəqədi rayon komitəsi tərəfindən 8 Noyabr – Zəfər Günü münasibətilə şəhid ailəsi, qazi və müharibə iştirakçısı olan təhsil işçilərinə, həmçinin fəal ittifaq üzvlərinə fəxri fərman və hədiyyələr təqdim olunub. Təşkil olunan görüşlər zamanı şanlı Zəfərimizin tarixdə yeri və rolundan, 44 günlük Vətən müharibəsindən, əsgər və zabitlərimizin rəşadətindən, yüksək döyüş ruhundan, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətindən, böyük sərkərdəlik məharətindən, diplomatik bacarığından danışılıb.Bildirilib ki, yenilməz Azərbaycan Ordusu 30 illik işğala cəmi 44 günə son qoydu, düşmən ordusunu döyüş meydanında rəzil vəziyyətə saldı, uzun illər uydurulmuş “məğlubedilməz Erməni ordusu” mifini alt-üst etdi, erməni faşizminin belini qırdı. Aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, Ordumuzun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə, onun da heç bir şansı olmayacaqdı. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. İşğal edilmiş ərazilərin xeyli hissəsi bir ay ərzində azad olundu. Azərbaycan Ordusunun dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilir. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır.Tədbir zamanı həmçinin  50, 60 və 65 yaşı tamam olan ittifaq üzvlərini təltif edib, onlara müxtəlif hədiyyələr təqdim olunub. Mərasimdə müəllimlərin cəmiyyətin inkişafında rolundan, ölkə təhsilinin inkişafında xidmətlərindən, gənc nəslin yetişməsində, vətənpərvərlik ruhunda böyüməsində xidmətlərindən, onların şərəfli missiyasından, fədakar əməyindən danışılıb. Həmçinin təhsil sahəsinə dövlətimizin diqqət və qayğısından, yeni məktəblərin tikilməsindən, lazımi invertarlarla təchiz edilməsindən, müəllimlərin sosial müdafiəsinin gücləndilirilməsi istiqamətində dövlətimiz tərəfindən görülən tədbirlərdən bəhs olunub. Bildirilib ki, Prezident İlham Əliyev təhsil işçilərini hər zaman diqqətdə saxlayır, onları təltif edir, təbriklər ünvanlayır. Görüş zamanı yubiliyarlar təşkilatçılara təşəkkür edib, cəmiyyətimizdə onlara olan ali münasibətdən, dövlətimiz tərəfindən göstərilən dəstəkdən razılıqlarını ifadə ediblər.157 mekteb.jpg 332.45 KB284 tam orta mekteb.jpg 204.3 KB284 mekteb.jpg 189.26 KB157 (4).jpg 175.98 KB157 tam orta mekteb (2).jpg 246.86 KB83 lisey.jpg 251.74 KBIMG-20221123-WA0007.jpg 130.42 KB

11.11.2022

8 noyabr – Zəfər Günü Füzuli rayonundakı “N” saylı hərbi hissədə qeyd olundu

8 noyabr – Zəfər Günü Füzuli rayonundakı “N” saylı hərbi hissədə qeyd olundu

8 noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Füzuli rayonunun Horadiz qəsəbəsində yerləşən “N” saylı Hərbi Hissədə bayram tədbiri təşkil edib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxış edərək hərbi hissənin şəxsi heyətini AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin adından təbrik edib. Bildirib ki, Azərbaycan güclü və yüksək əhval ruhiyyəyə malik ordusu olan bir ölkədir. Biz iki il öncə qırx dörd günlük zəfər savaşında bunun bir daha şahidi olduq: “Azərbaycan ordusunun gücünü 2020-ci ilin sentyabr-noyabr aylarında bütün dünya gördü. Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu istehkamları və silahlı qüvvələrini darmadağın etdi, uzun illər ərzində işğal olunan torpaqlarımızı işğaldan azad etdi. 44 gün ərzində müzəffər Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Hərbi əməliyyatlar zamanı darmadağın edilən düşmən Prezident İlham Əliyevin irəli sürdüyü şərtləri qəbul edərək, məğlubiyyətini etiraf etdi, kapitulyasiyaya uğradı və müvafiq bəyanatın imzalanmasına məcbur edildi. Bu, Azərbaycanın tam və şərtsiz qələbəsinin əyani sübutudur”.M.Cəfərzadə əlavə edib ki, Ordumuzun 44 günlük zəfər yürüşü tək torpaqlarımızın azad edilməsi ilə tarixə düşmədi. Həm də dünyanın hərb tarixində xüsusi vurğulanacaq, dünyada müasir müharibələrin aparılması strategiyasında ciddi dəyişikliklərə səbəb olacaq uğurlu döyüş əməliyyatları kimi yadda qalacaq: “Azərbaycan ordusu ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Eyni zamanda döyüş meydanı ilə yanaşı diplomatik cəbhədə də böyük uğurlar qazanıldı. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana çoxsaylı diplomatik və siyasi təzyiqlər göstərildi. Öz siyasətini xalqın maraqları əsasında quran möhtərəm Prezident İlham Əliyev qəti siyasi iradə nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi”.ATİAHİ Respublika Komitəsi sədrinin müavini qeyd edib ki, Azərbaycan Ordusu hər an torpaqlarımızın müdafiəsinə hazırdır. Öz növbəsində “N” saylı hərbi hissənin rəhbərliyi göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevə, eləcə də ATİAHİ Respublika Komitəsinə təşəkkür edib. Sonra tədbir Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin konsert proqramı ilə davam etdirilib. Tədbirdə II Qarabağ müharibəsində iştirak edən, Füzuli rayonunun təhsil müəssisələrində çalışan bir qrup müharibə veteranına Fəxri Fərman və qiymətli hədiyyə, o cümlədən “N” saylı hərbi hissəyə 4 ədəd televizor hədiyyə olunub. IMG_9040.JPG 2.8 MBIMG_9041.JPG 3.84 MBIMG_9058.JPG 1.39 MB

10.11.2022

AHİK şəhid və qazi ailələrinə bayram hədiyyələri göndərib

AHİK şəhid və qazi ailələrinə bayram hədiyyələri göndərib

Vətəndaşların qayğısına qalmaq, onların üzləşdiyi çətinlikləri aradan qaldırmaq, həmçinin şəhid ailələrinə və qazilərə, müharibə iştirakçılarına, aztəminatlı aillərərə qayğı ilə yanaşmaq, lazımi maddi və mənəvi dəstəyi göstərmək dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsidir. Bu məqsədlə ölkəmizdə müxtəlif layihələr icra olunur, vətəndaş rifahının təminatı, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülür.Dövlətimizlə bərabər, ölkəmizin aparıcı ictimai təşkilatları da bu cür humanist layihələrə dəstək verir, qeyd olunan kateqoriyaya aid insanlara qayğı göstərirlər.Hər bir sahədə olduğu kimi, Heydər Əliyev Fondu bu istiqamətdə də nümunəvi fəaliyyəti ilə fərqlənir. Belə ki, Fondun prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə bayramlarda və dövlətimiz üçün əlamətdar günlərdə sovqatlar, hədiyyələr göndərilir, onlar üçün bayram süfrələri təşkil olunur.Azərbaycan həmkarlar ittifaqları da qeyd olunan sosial layihələrin əsas iştirakçılarındandır. Bu yöndə dövlətimizin bütün çağrışlarına adekvat cavab verir, həmçinin öz təşəbbüsləri ilə xeyirxah addımlar atırlar.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsinin qərarları əsasında 2020-ci il aprelin 29-da respublikanın 76 şəhər və rayonunda yaşayan 3 900, 2021-ci il martın 17-də 3 900, həmin il mayın 8-də 4 000, bu il martın 16-da 4 065 şəhid ailələri və qazilər, həmçinin aztəminatlı ailələr üçün ərzaqla dolu avtomobil karvanları yola salınıb.Bundan başqa, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına orada yaşayan həmin kateqoriyadan olan ailələrə sovqat göndərilməsi üçün maliyyə vəsaiti ayrılıb. Ümumilikdə bu günə qədər AHİK tərəfindən 15 minə yaxın aztəminatlı ailələrə ərzaq yardımı paylanılıb.Bu nəcib missiyanın davamı olaraq noyabrın 5-də qarşıdan gələn Zəfər Günü ilə əlaqədar AHİK İcraiyyə Komitəsinin qərarı əsasında respublikanın rayonlarında yaşayan 5500 şəhid və qazi ailəsi üçün ərzaq dolu avtomobil karvanı yola salınıb. Bura Naxçıvan Muxtar Respublikasında yaşayan şəhid və qazi ailələri də daxildir. AHİK-dən başqa, sahə həmkarlar ittifaqları da bu ərəfədə bütün bölgələr üzrə qeyd etdiyimiz kateqoriyadan olan ailələrə ərzaq yardımları göstərirlər.Jurnalistlərə müsahibəsində AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, ölkəmizdə Zəfər bayramı ilə əlaqədar həmrəylik yaşanır: “Bütün dövlət orqanları, ictimai təşkilatlar, o cümlədən vətəndaşlarımız şəhid ailələrinin üzvləri ilə, qazilərlə, veteranlarla görüşür, qayğıları ilə maraqlanır, onlara sovqatlar verirlər.Onlar dövlətimizin qayğıları ilə tam əhatə olunub. Demək olar ki, bütün ehtiyacları dövlət tərəfindən hərtərəfli qarşılanır. Bu da hər birimizə məlumdur ki, Azərbaycan öz şəhidlərinə ən ali qiyməti verən nadir ölkələrdəndir.Kimliyindən asılı olmayaraq, hər birimizin müqəddəs borcudur ki, Vətən uğrunda canından keçən oğul və qızlarımızı unutmayaq, onların valideyinlərinə, həyat yoldaşlarına, yadigar qalan övladlarına dəstək olaq”.S.Möhbalıyev qeyd edib ki, həmkarlar ittifaqları şəhid ailələrinə və qazilərə mütəmadi dəstək verir: “Onlara maliyyə yardımı göstərir, şəhid övladlarının bir qisimini himayəyə götürüb, istirahətlərinin mənalı keçirilməsi, sağlamlıqlarının qorunması üçün yollayışlarla təmin edir. Bu gün qarşıdan gələn Zəfər bayramı münasibətilə 4500 şəhid ailəsi və qazilər üçün sovqatlar yola saldıq. Əsas məqsədimiz əziz gündə onları yad etmək, maddi-mənəvi dəstək olmaqdır. Ötən gün biz AHİK tərəfindən övladları himayəyə götürülən şəhidlərimizin ailə üzvlərinin bir qismi ilə görüşdük, qayğıları ilə maqlandıq. Bu, bizim hər birimizin müqəddəs borcudur. Çünki onlar əzizlərini bu Vətən, torpaq yolunda şəhid veriblər”.Milli Məclisin deputatı əlavə edib ki, bu tipli layihələrimizi bundan sonra da davam etdirəcəyik.AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi1-3.jpg 203.96 KB2-3.jpg 205.86 KB3-3.jpg 175.27 KB4-2.jpg 147.22 KB5-3.jpg 206.13 KB

05.11.2022

Binəqədi rayonunda müharibə iştirakçıları və şəhid ailələri ilə görüş keçirilib

Binəqədi rayonunda müharibə iştirakçıları və şəhid ailələri ilə görüş keçirilib

Zəfər Günü ilə əlaqədar ATİAHİ Binəqədi rayon komitəsinin təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə qırx dörd günlük Vətən müharibəsində iştirak etmiş təhsil iştirakçıları, eləcə də şəhid ailələri iştirak edib. Tədbirdə ATİAHİ Binəqədi rayon komitəsinin sədri Zahir Həsənov  çıxış edərək bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu cəmi 44 gün ərzində torpaqlarımızı azad edərək 30 ilə yaxın davam edən erməni işğalına son qoydu. Bu tarixi hadisə ilə Azərbaycan işğal olunmuş torpaqlarını özünə qaytardı, bununla da ərazi bütövlüyümüz təmin edildi. Z.Həsənov həmçinin qeyd edib ki, Binəqədi rayonunun müharibə iştirakçısı olan təhsil işçiləri öz rəşadətləri ilə bir daha sübut ediblər ki, hər bir Azərbaycan vətəndaşı peşəsindən asılı olmayaraq torpaqlarımız uğrunda silaha sarılmağa, döyüşməyə, lazım gələrsə canından belə keçməyə hazırdır. Sonra tədbirdə müharibə iştirakçısı olmuş təhsil işçilərinə və şəhid ailələrinə rayon komitəsinin fəxri fərmanı və pul mükafatı təqdim edilib. Tədbir iştirakçıları göstərilən diqqət və qayğıya görə ATİAHİ Binəqədi rayon komitəsinin sədri Z.Həsənova və rayon komitəsinin əməkdaşlarına təşəkkürlərini bildiriblər.HER İKİSİ 157 MEKTEB.jpg 1.89 MB83.300.ZAHİR M.157.157.jpg 2.13 MB20221104_111056.jpg 1.65 MB157 (3).jpg 1.75 MB

05.11.2022

ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təqdim edib

ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təqdim edib

Oktyabrın 31-də 2021-2022-ci tədris ilinin qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) adlı təqaüdünün təqdim edilməsi və “Gənc həmkarlar ittifaqı lideri” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, ATİAHİ RK-nın sədr müavinləri və şöbə müdirləri, ali təhsil ocaqlarında fəaliyyət göstərən həmkarlar ittifaqlarının sədrləri, tələbələr iştirak ediblər.Öncə Vətən uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev tədbirdə çıxış edərək Azərbaycanda həyata keçirilən dövlətimizin gənclər siyasətindən bəhs edib: “Əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan dövlətimizin gənclər siyasəti onun müzəffər davamçısı cənab İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən bu gün uğurla davam etdirilir. Gənclərin potensial imkanlarından bütün sahələrdə səmərəli istifadə edilir. Prezidentin müvafiq sərəncamı ilə 2007-ci il “Gənclər ili” elan edildi. Həmçinin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə” Dövlət Proqramını, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramını, gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondunun yaradılmasını, 2013-cü ildə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi və digər addımları xatırlatmaq istərdim”.S.Möhbalıyev qeyd edib ki, həmkarlar ittifaqları tərəfindən dövlətimizin gənclər siyasətinə yüksək dəstək verilir, ATİAHİ RK bu istiqamətdə müxtəlif intellektual oyunlar, idman yarışları təşkil edir, gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı sistemli layihələr həyata keçirir. Onun sözlərinə görə, aztəminatlı ailələrdən olan tələbələrin sosial təminatının gücləndirilməsi ilə bağlı da addımlar atılır, Respublika Komitəsi tərəfindən aztəminatlı ailələrdən olan 220-dən artıq tələbə pulsuz yeməklə təmin olunur:Sonra qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan daha 65 ali məktəb tələbəsinə Komitənin adlı təqaüdünün təqdim edilməsi mərasimi başlayıb.Qeyd edək ki, tələbələrdə elmə, təhsilə marağın artırılması məqsədilə 1995-ci ildə ATİAHİ-nin adlı təqaüdü təsis edilib. O vaxtdan bu günə qədər ali təhsil müəssisələrində qış və yay sessiyasının nəticələrinə görə, uğur əldə etmiş 2719 nəfər tələbə bu təqaüddən yararlanıb.Tədbirdə Komitə tərəfindən təşkil edilmiş “Gənc həmkarlar ittifaqı lideri” müsabiqəsinin qalibləri də mükafatlandırılıb.Məlumat üçün bildirək ki, bu müsabiqənin keçirilməsində məqsəd tələbələr arasında tədris göstəriciləri, nümunəvi nizam-intizamı, ali təhsil müəssisələri və həmkarlar ittifaqlarının işində fərqlənən, yoldaşları arasında xüsusi nüfuza malik olan fəalların müəyyən edilməsi, onların arasında sağlam rəqabət mühitinin formalaşdırılması, tələbələrin elmə, təhsilə, yaradıcılığa, idmana və ictimai işlərə sövq edilməsidir.Çıxış edən tələbələr ölkəmizdə gənclərlə bağlı həyata keçirilən layihələrdən, bu sahəyə olan dövlət qayğısından, gənclərin bütün sahələrdə, o cümlədən elm-təhsil və idman sahəsində qazandığı nailiyyətlərdən bəhs ediblər. Gənclər həmçinin ölkəmizdə onların inkişafı üçün yaradılmış şəraitdən razılıqlarını bildirib, buna görə də dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Vurğulanıb ki, Azərbaycan həmkarlar ittifaqları gənclərin təhsilə marağının yüksəldilməsi, sağlamlıqlarının qorunması, idmanın təbliği, asudə vaxtlarının səmərəli təşkili istiqamətində mühüm layihələr həyata keçirir. Bütün bunlar ölkə gəncliyinin hərtərəfli inkişafına əhəmiyyətli stimul verir.Sonda tələbələr onlara göstərilən dəstəyə görə, Azərbaycan həmkarlar ittifaqlarına təşəkkür ediblər.1-8.jpg 168.11 KB2-5.jpg 112.06 KB3-5.jpg 109.7 KB4-5.jpg 138.76 KB5-4.jpg 155.77 KB7-3.jpg 180.51 KB8-3.jpg 143.71 KB9-1.jpg 131.24 KB

02.11.2022

Mil-Muğan Regional Təhsil İdarəsində ilk həmkarlar ittifaqı komitəsi təsis edilib

Mil-Muğan Regional Təhsil İdarəsində ilk həmkarlar ittifaqı komitəsi təsis edilib

Mil-Muğan Regional Təhsil İdarəsində ilk həmkarlar ittifaqı komitəsi təsis edilib. Təsis iclasında ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, ATİAHİ Sabirabad rayon komitəsinin sədri Seyidhüseyn Hüseynov və idarə işçiləri iştirak ediblər.Yığıncaqda təhsilin keyfiyyəti sektorunun aparıcı məsləhətçisi Nağıyev Fərahim İbrahim oğlu ilk həmkarlar təşkilatının sədri seçilib. ATİAHİ-nin məsul əməkdaşları yeni sədrə müvəffəqiyyətlər arzulayıb, bir sıra təlimatlar veriblər.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin tədbir iştirakçılarına salamlarını çatdıran M.Cəfərzadə ATİAHİ-nin gördüyü işlər, həyata keçirdiyi layihələr, aztəminatlı və şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərdiyi maddi-mənəvi dəstək barədə məlumat verib.Digər çıxış edənlər cəmiyyətimizin həyatında həmkarlar ittifaqlarının rolundan fəaliyyət istiqamətlərindən, həyata keçirdiyi nəcib missiyalardan danışıblar. WhatsApp Image 2022-11-01 at 15.01.49.jpeg 44.21 KBWhatsApp Image 2022-11-01 at 15.01.48.jpeg 60.48 KB

02.11.2022

ATİAHİ Respublika Komitəsinin nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib

ATİAHİ Respublika Komitəsinin nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib

13-14 oktyabr 2022-ci il tarixində Qazaxıstanın Astana şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsi, Beynəlxalq Əmək Təşkilatı və Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə “Təhsil işçilərinin gələcəkdə layiqli işlə təmin edilməsi üçün fundamental əmək hüquqları və beynəlxalq həmkarlar ittifaqları hərəkatının hədəfləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda BƏT-in nümayəndəsi Qoça Aleksandria,  Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin prezidenti Larri Flanaqan, Beynəlxalq Təhsil Birliyinin Avropa regionu üzrə direktoru Suzan Flokan, Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Satıbaldı Dauletalin, eləcə də Mərkəzi və Şərqi Avropa ölkələrində təhsil sahəsi üzrə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatlarının nümayəndələri iştirak edib. Beynəlxalq tədbirdə ATİAHİ Respublika Komitəsi Respublika Komitəsinin katibi, Maliyyə şöbəsinin müdiri Mübariz Eyvazovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Tədbirdə M.Eyvazov “Böhran vaxtı və ondan sonrakı dövrlərdə təhsil sektorunda sosial dialoqun vəziyyəti” mövzusunda təqdimatla çıxış edib.İki gün davam edən konfransda həmçinin beynəlxaq təşkilatların nümayəndələrinin, eləcə də ayrı-ayrı ölkələrin həmkarlar ittifaqı təşkilatlarının nümayəndələrinin məruzələri dinlənilib, mövzu ilə bağlı müzakirələr aparılıb.   

17.10.2022

Binəqədidə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlar mükafatlandırılıb

Binəqədidə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlar mükafatlandırılıb

ATİAHİ Binəqədi rayon komitəsinin təşkilatçılığı ilə ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən rayon məktəblərinin məzunları mükafatlandırılıb. Mükafatlandırma mərasimlərində  çıxış edənlər ölkəmizdə təhsilin səviyyəsindən, bu sahəyə dövlətin xüsusi diqqətindən, keçirilən islahatlardan və effektli nəticələrdən danışıblar. Qeyd ediblər ki, rayon gənclərinin təhsil göstəriciləri, elmə, təhsilə marağı hər il əhəmiyyətli dərəcədə artır.  Qeyd edək ki, ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən rayon məktəblərinin məzunlarına ATİAHİ Binəqədi rayon komitəsi tərəfindən qiymətli hədiyyələr və Fəxri fərmanlar təqdim edilib.Göstərilən diqqət və qayğıya görə məzunlar və onların müəllimləri ATİAHİ Binəqədi rayon komitəsinin sədri Zahir Həsənova və rayon komitəsinin əməkdaşlarına təşəkkürlərini bildiriblər.IMG-20221008-WA0014 (2).jpg 97.92 KBIMG-20221008-WA0018 (2).jpg 127.39 KBIMG-20221008-WA0017 (2).jpg 128.81 KBIMG-20221008-WA0016 (2).jpg 105.7 KBIMG-20221008-WA0015 (2).jpg 102.9 KBIMG-20221007-WA0091 (1).jpg 106.96 KBIMG-20221007-WA0090 (1).jpg 144.26 KBIMG-20221007-WA0089 (2).jpg 103.89 KB

17.10.2022

Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə çap edilmiş kitabların təqdimatı Bakı şəhərində təşkil edilib

Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə çap edilmiş kitabların təqdimatı Bakı şəhərində təşkil edilib

Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən çap edilmiş “BƏT-in dayanıqlı inkişafa dair proqram və proseslərində səmərəli iştirakı üçün AHİK-in potensialının gücləndirilməsi”, “2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün Azərbaycan Respublikasında görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrü üçün hesabat” kitablarının Bakı şəhərində təqdimatı keçirilib.Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Rrespublika Komitəsinin təşkilatçılığı ilə baş tutan təqdimat mərasimində ATİAHİ Respublika Komitəsi sdərinin müavini Mirzə Cəfərzadə, Respublika Komitəsinin katibi, Əməkhaqqı və sosial müdafiə şöbəsinin müdiri Zəfər Məmmədov, Təşkilat Şöbəsinin müdiri Emil Rüstəmov, Bakı şəhəri üzrə rayon komitələrinin, Bakı şəhərində yerləşən qaçqın və məcburi köçkün rayonlarının sədrləri, ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri, eləcə də həmkarlar ittifaqı fəalları iştirak ediblər. Tədbirlər Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra kitabların təqdimatı ilə bağlı ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və başqaları çıxış edib.  Qeyd olunub ki, dayanıqlı sosial-inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu və uğurla həyata keçirdiyi mühüm prioritetlərdəndir. Bunun göstəricisidir ki, Azərbaycanda bir birini tamamlayan strateji layihələr, sosial-iqtisadi proqramlar həyata keçirlir. Beləliklə də, ölkənin davamlı sosial-isqtiadi inkişafı təmin edilir. Çıxış edənlər həmçinin dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində həmkarlar ittifaqı təşkilatlarının rolundan danışıblar. Tədbirdə həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb.WhatsApp Image 2022-10-17 at 12.16.44.jpeg 230.11 KBWhatsApp Image 2022-10-17 at 12.16.43.jpeg 283.81 KB

15.10.2022

Binəqədi rayonunda 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Binəqədi rayonunda 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Binəqədi rayonunda ATİAHİ Binəqədi rayon komitəsi tərəfindən 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Tədbirlərdə təhsil müəssisələrinin kollektivi və ATİAHİ Binəqədi rayon komitəsinin nümayəndələri iştirak edib. Görüşlər zamanı əlamətdar gün münasibəti ilə təhsil işçilərinə təbriklər, xoş arzularını çatdırıb, onlara çətin və eyni zamanda şərəfli işlərində uğurlar arzulanıb. Vurğulanıb ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi yüksək diqqət və qayğı bu gün uğurla davam etdirilir. Son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilir, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır.Qeyd olunub ki, təhsil sahəsində əldə olunmuş uğurlar Prezident İlham Əliyevin, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsil sahəsinə hərtərəfli qayğısının nəticəsidir.Tədbirdə xalqımızın milli təfəkküründə müəllim adının hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunduğu, böyük hörmətlə, yüksək ehtiramla çəkildiyi qeyd edilib.Çıxış edən təhsil işçiləri rayon təhsil işçilər adından göstərilən diqqət və qayğıya görə ATİAHİ Binəqədi rayon komitəsinə öz təşəkkürlərini bildiriblər. Tədbirlərdə təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup müəllimə fəxri fərman və hədiyyələr təqdim olunub.IMG-20221005-WA0045.jpg 93.77 KBIMG-20221005-WA0053.jpg 111.77 KBIMG-20221005-WA0054.jpg 103.5 KBIMG-20221005-WA0055.jpg 117.47 KBIMG-20221005-WA0067.jpg 267.2 KBIMG-20221005-WA0068.jpg 243.99 KBIMG-20221005-WA0071.jpg 199.75 KB157 tam orta mekteb (1).jpg 115.08 KB327 bagca (1).jpg 60.75 KB144 tam orta mekteb (1).jpg 131.5 KB90 baagca (1).jpg 97.66 KB283 mekteb (1).jpg 151.43 KB141 baqca (1).jpg 128.64 KB211 baqca (1).jpg 126.76 KB

04.10.2022

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo